Главная > gundem / manset > Dövlət Əmək Müfəttişliyi Xidməti daha bir şirkəti cərimələyib

Dövlət Əmək Müfəttişliyi Xidməti daha bir şirkəti cərimələyib


3-10-2019, 15:20. Разместил: rovshen


Dövlət Əmək Müfəttişliyi Xidməti “Əcəmi” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə inzibati protokol tərtib edib.

"Report"un xəbərinə görə, Nərimanov Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək, 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Nərimanov Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Əmir Bayramovun sədrlik etdiyi prosesdə şikayətin təmin edilməməsi barədə qərar çıxarılıb.
Вернуться назад