Главная > gundem / idman > Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU


20-09-2019, 16:56. Разместил: rovshen


Çempionlar Liqasında qrup mərhələsinin I turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Millitv.az-ın məlumatına görə, həftənin oyunçusu mükafatına “Zalsburq”un futbolçusu Erlinq Braut Haaland layiq görülüb.

19 yaşlı hücumçu UEFA-nın keçirdiyi səsvermədə hamını qabaqlayıb. Buna onun “Genk”lə qarşılaşmada het-trik etməsi rol oynayıb. Hücumçu bütün qolları ilk 45 dəqiqədə vurub.

Qeyd edək ki, “Zalsburq” ev oyununda 6:2 hesabı ilə qələbə qazanıb.//Apa.az
Вернуться назад