Главная > gundem / medeniyyet > Bakıda finlandiyalı rejissorun “Ümidin o biri üzü” filmi nümayiş olunacaq

Bakıda finlandiyalı rejissorun “Ümidin o biri üzü” filmi nümayiş olunacaq


13-09-2019, 14:06. Разместил: rovshen


Kino sahəsində dinlərarası dialoq üzrə məşhur beynəlxalq SİGNİS mükafatına layiq görülmüş filmlər nümayişi olacaq.

AZƏRTAC xəbər verir ki, ekran əsərləri Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 1-dək keçiriləcək Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində təqdim ediləcək.

Bu filmlər içərisində finlandiyalı rejissor Aki Kaurisməkinin “Ümidin o biri üzü” filmi də var. Ekran əsərində fərqli dinlərə, mədəniyyətlərə və həyat tərzlərinə malik insanların anlaşması və dostlaşması əksini tapıb.
Вернуться назад