Главная > gundem / iqtisadiyyat > Bu günə olan Bakı-Çelyabinsk-Bakı aviareysi ləğv edilib
Bu günə olan Bakı-Çelyabinsk-Bakı aviareysi ləğv edilib10-09-2019, 11:48. Разместил: rovshen |
Sentyabrın 10-da həyata keçirilməli olan Bakı-Çelyabinsk-Bakı aviareysi ləğv edilib. AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “IrAero” aviaşirkətinin yerli vaxtla saat 13:00-da Bakıdan Çelyabinskə “IO 263” saylı reysi ləğv olunub. Həmin reys ləğv olunduğundan aviaşirkətin bu gün 19:00-da Çelyabinskdən Bakı istiqamətində “IO 264” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-200” təyyarəsi ilə həyata keçirilməli idi. Bakı-Çelyabinsk-Bakı aviareysinin hansı səbəbdən ləğv olunduğu məlum deyil. Вернуться назад |