Главная > gundem / dunya > Paşinyan BMT-nin ekspert birliyinə "iki" verir

Paşinyan BMT-nin ekspert birliyinə "iki" verir


6-09-2019, 16:40. Разместил: rovshen


Ermənistan rəhbərliyi öz ölkəsinə yeni əraziləri daxil etməyi xəyal edir. Qonşu xalqın tarixi taleyi bunun üzərində qurulub. Daha doğrusu, onlar öz mövcudluqlarının mənasını başqalarının mədəni, tarixi, mənəvi irsini mənimsəməkdə görürlər. Onlar doymaq bilmir - yaman iştaha gəliblər. Bu, hadisələrə subyektiv baxış deyil. Təəssüf ki, qaçılmaz tarixi həqiqət məhz bunu deyir.

Bu yaxınlarda Nikol Paşinyan Ermənistanın işğal etdiyi Xankəndində çıxışı zamanı ölkə əhalisinin 2050-ci ilədək 5 milyona çatmasını arzuladığını demişdi. Bir çoxları publikanı sürrealistik bəyanatları ilə təəccübləndirməyi sevən Baş nazirin bu sözlərini onun yeni "şah əsəri" kimi qəbul etdi. Lakin Paşinyanın bəyanatında Ermənistanla qonşu ölkələrin ərazi bütövlüyü üçün gizli təhlükəni hiss edənlər də oldu.

Yerevan heç vaxt Azərbaycan, Türkiyə, Gürcüstan və Rusiyaya qarşı ərazi iddialarını gizlətməyə çalışmayıb. "Dənizdən dənizə Böyük Ermənistan" - budur erməni lobbisinin arzusu.

Sözsüz ki, Ermənistanda demoqrafik vəziyyətin inkişafının yaxın 30 ildə tendensiyaları haqqında BMT proqnozlarından yaxşı xəbərdar olan Paşinyan öz pafoslu bəyanatlarını daxili elektorat üçün nəzərdə tutub və təbii ki, bu, ermənilərin uydurub aləmə yaydıqları mifoloji tarixlərinə xidmət edir.

Paşinyanın əhalini yeni ərazilərin işğalı vasitəsilə artırmaq niyyətini sezənlərdən biri "KavkazPlyus" ümumqafqaz ictimai-siyasi qəzeti olub. Avqustda nəşrin saytında dərc olunan məqalədə deyilir ki, Paşinyan "Qarabağ Ermənistandır" sözü ilə faktiki olaraq öz ölkəsinin təcavüzkar və işğalçı olduğunu təsdiqləyib və gələcək işğal planları haqqında elan edib.

"Nikol Paşinyan 2050-ci ilə Ermənistan əhalisini beş milyona, bu ölkəyə gələn turistlərin sayını isə 15 milyona çatdırmaq niyyətini bildirib. Lakin aydındır ki, Ermənistanın hazırkı sərhədləri ilə bu, real deyil - hətta Ermənistanın işğal etdiyi Qarabağ ərazisini də nəzərə alsaq. Çünki günümüzdə ermənilər blokadada olan Ermənistandan və Qarabağdan "qaçışırlar". Çətin ki, bu tendensiyanı tamamilə dayandırmaq mümkün olsun. Bura "əlavə" əhali cəlb etməkdən isə heç danışmırıq", - deyə "Paşinyan 2050-ci il üçün gürcü torpaqlarını işğal etməyi planlaşdırır?" məqaləsində yazılıb.

Məqalənin müəllifləri xəbərdarlıq edir ki, əgər erməni millətçiləri gürcü ərazilərini işğal etsə, N.Paşinyanın proqnozları tamamilə real olacaq.

"İşğal edilmiş ərazilərdən yerli əhalini qovsalar, burada diaspordan olan və gürcü torpaqlarına çoxdan tamahları düşən erməniləri məskunlaşdırmaq tamamilə mümkündür. Paşinyanın çıxışlarında Azərbaycan əleyhinə aydın fitnəkar tezislərdən başqa, Gürcüstan əleyhinə də yaxşı maskalanmış, lakin erməni millətçilərinin gözəl başa düşdüyü istiqamətlər var", - deyə gürcü jurnalistlərin yazdığı materialda bildirilir.

Bir sözlə, demək olar ki, Ermənistanın Baş naziri demoqrafik məruzə hazırlayan BMT ekspertlərini nadan yerinə qoyub. Nəticədə, görünür, onlar yenidən imtahan verməli olacaqlar. Xırdalıqlara varmadan, sadəcə olaraq BMT-nin bu ölkə ilə bağlı XXI əsr üçün verdiyi proqnozu təqdim edirik.

Belə ki, BMT-nin hesablamalarına görə, 2050-ci ildə Ermənistan əhalisi pessimist ssenariyə əsasən, 2,573 milyon nəfər, orta ssenariyə əsasən, 2,816 milyon nəfər və optimist ssenariyə əsasən, 3,065 milyon nəfər təşkil edəcək. 2100-cü ildə isə BMT-nin pessimist ssenarisinə əsasən, Ermənistanda 1,207 milyon adam yaşayacaq.

Вернуться назад