Главная > gundem / maraqli > Azərbaycanda qəribə olay : işlənmiş, çirkli pampers alırlar - FOTO

Azərbaycanda qəribə olay : işlənmiş, çirkli pampers alırlar - FOTO


6-09-2019, 15:20. Разместил: rovshen

Artıq 2 aydan çoxdur ki, sosial şəbəkələrdə, qadın qrupları və instagramda "İşlənmiş pamperslərin alışı” adı altında elanlar və şirnikləndirici əməkdaşlıq barədə postlar paylaşılır.



Millitv.az xəbər verir ki, elan sahibləri xanımlara istifadə etdikləri, bulaşmış, xüsusilə sidikli pampersləri atmamağı, toplamağı, müəyyən qədər yığıldıqdan sonra əlaqə saxlayaraq, gəlib götürəcəklərini təklif edirlər.



Bir bez üçün 0.03 qəpik təklif edən naməlum "biznes” nümayəndələri pampersləri hətta vətəndaşın yaşadığı yerdə və ya yaxın ərazidə görüşərək qəbul edir, yerindəcə pulunu ödəyirlər.

Bir çox qadınlar işlənmiş pamperslərin yenidən emal edilib, ucuz brend altında təzədən satışa çıxacağından ehtiyat edərək, bu təklifə qarşı çıxır.(bakupost)

Вернуться назад