Главная > gundem / siyaset / neqativhallar > Ermənistan atəşkəs rejimini 21 dəfə pozub

Ermənistan atəşkəs rejimini 21 dəfə pozub


6-09-2019, 10:09. Разместил: rovshen


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

APA-nın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əsrik Cırdaxan kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.
Вернуться назад