Главная > gundem / ust > Hacı Mazan Almaniyadan danışdı: - “Görürsüz ki, ölməmişəm...”

Hacı Mazan Almaniyadan danışdı: - “Görürsüz ki, ölməmişəm...”


3-09-2019, 17:37. Разместил: rovshen
Hacı Mazan Almaniyadan danışdı: - “Görürsüz ki, ölməmişəm...”

BakuPost iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunda ağır qəzaya düşən iş adamı Hacı Mazanın (Ramazan Zeynalov) Almaniyaya aparılması barədə məlumatı tirajladıqdan sonra sosial şəbəkələrdə və bəzi saytlarda onun ölüm xəbəri yayılıb.

BakuPost-un əməkdaşı məlumatı dəqiqləşdirməkdən ötrü iş adamının oğlu İsmayıl Ramazanovla əlaqə saxlayıb. O, xəbərə əsəbi reaksiya verib və atasının səhhətinin normal olduğunu bildirib: “Səhhəti normaldı, yeyib-içir, istirahətdədi”.

İ.Ramazanov daha sonra telefonu atasına verib. Hacı Ramazan oğlundan fərqli olaraq, suallara təmkinlə cavab verib: “Görürsüz ki, ölməmişəm, danışıram. Özümü tanıyandan məndən yazırlar. Yazırlar, qoy yazsınlar, pulsuz reklamdı”.

Səhhətinin normallaşdığını söyləyən iş adamı yaxın günlərdə Bakıya qayıdacağını deyib: “Allah min şükür, indi yaxşıyam. Bu yaxınlarda gələcəm. Artıq heç bir problem yoxdu. Ailəmlə balalarımla istirahət edirəm”.

Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan iş adamı xidməti "Range Rover”ində qəzaya uğrayıb.

Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.

İki gün sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülən R.Zeynalov yenidən əməliyyat edilib.
Вернуться назад