Главная > gundem / video > Bakıda "Venesiya mənzərərəsi" ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Bakıda "Venesiya mənzərərəsi" ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO


3-09-2019, 15:01. Разместил: rovshen


“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova BAKU.WS-ə bildirib ki, yeraltı tunelin tikintisi zamanı Sabunçu rayon ərazisinin illik yağıntı normalarına uyğun olaraq nasosxana quraşdırılıb. Lakin ərazidə işlər yekunlaşmadığından və yağış suyunun çox olması səbəbindən nasosxana suyun uzlaşmasını çatdıra bilməyib: “Buna baxmayaraq, dəmir yolu tərəfindən tədbirlər görülüb, suyu tuneldən uzaqlaşdırmaq üçün əlavə güclü nasos quraşdırılıb və görülmüş tədbirlər nəticəsində yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub".

N.Bayramova bildirib ki, yeraltı tuneldə infrastrukturun qurulması tam başa çatmayıb və “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən podratçı təşkilatdan təhvil alınmayıb. "Lakin yerli sakinlərin xahişi nəzərə alınaraq, nəqliyyat sıxlığınin aradan qaldırılması, eləcə də yanğınsöndürmə və təcili yardım maşınlarının vaxtında mənzil başına çatması məqsədi ilə tunel maşınların hərəkəti üçün açılıb”, - QSC-nin sözçüsü bildirib.

***11.40

Bu gün səhər saatlarında Bakının Sabunçu rayonunda minik avtomobili suda batıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, yeni açılan keçidin içinə su dolub.

Nəticədə keçiddən hərəkət edən avtomobillər suda batıb. Bildirilir ki, “Mercedes” və “VAZ-2106” markalı maşın keçiddə qalıb.

Hadisənin görüntülərini təqdim edirik:
BAKU.WS

Вернуться назад