Главная > gundem / sosial > Şimal-qərb küləyi əsəcək - Belə deyirlər...
Şimal-qərb küləyi əsəcək - Belə deyirlər...2-09-2019, 13:43. Разместил: rovshen |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumatına görə: Bakıda və Abşeron yarımadasında Sentyabrın 3-də bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 75-85 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti Şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında Sentyabrın 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 13-17 dərəcə isti təşkil edəcək. Вернуться назад |