Главная > gundem / dunya > İran qonşu ölkələrin potensialından istifadə etməlidir - Həsən Ruhani

İran qonşu ölkələrin potensialından istifadə etməlidir - Həsən Ruhani


28-08-2019, 16:15. Разместил: rovshen


İran dost, qonşu və müsəlman ölkələrin potensialından öz milli mənafeyinin xeyrinə istifadə etməlidir.

Redaktor.az-ın məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

H.Ruhaninin sözlərinə görə, bununla İran problemləri azalda bilər.

Prezident əlavə edib ki, İranın bir neçə ölkə istisna olmaqla, bütün ölkələrlə anlaşma və əlaqələri var.

H.Ruhani deyib ki, ixracın artması, elm və texnologiyanın inkişaf etməsi İranın dünya ölkələri ilə yaxşı əlaqələrinin olduğunu əks etdirir.//Trend.az
Вернуться назад