Главная > gundem / maraqli > FEDOR Beynəlxalq Kosmik Stansiyaya çatdı, "Twitter"də zarafat etdi

FEDOR Beynəlxalq Kosmik Stansiyaya çatdı, "Twitter"də zarafat etdi


27-08-2019, 13:30. Разместил: rovshen


Rusiyaya məxsus FEDOR (Final Experimental Demonstration Object Research) adlı robot Beynəlxalq Kosmik Stansiyaya gedən yolda ləngidiyinə görə üzr istəyib.

Bu barədə onun "Twitter" səhifəsində yazı paylaşılıb.

"Gecikməyə görə üzr istəyirəm. Tıxacda ilişmişdim. İşimi davam etdirməyə hazıram", - deyə FEDOR zarafatından qalmayıb.


Вернуться назад