Главная > gundem / idman > Püşkatmanın vaxtı açıqlandı - Çempionlar Liqası
Püşkatmanın vaxtı açıqlandı - Çempionlar Liqası26-08-2019, 15:06. Разместил: rovshen |
Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlanıb. Millitv.az UEFA-ya istinadən xəbər verir ki, Monakoda keçiriləcək püşkatma mərasimi avqustun 29-u, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Çempionlar Liqasının qrup mərhələsinə ötən mövsümün qalibi “Liverpul”, Avropa Liqasının qalibi “Çelsi” birbaşa vəsiqə qazanıb. Həmçinin pley-off mərhələsində qalib gələn 6 komanda qrupda oynamaq şansı qazanacaq. Ümumilikdə 8 qrup üzrə 26 komanda yarışacaq. Qrupda ilk 2 yeri tutan komandalar ÇL-də mübarizəni pley-off-da davam etdirəcək. Əlavə olaraq yüksək reytinqi olan bu ölkələrin komandalar qrup mərhələsində birbaşa iştirak edəcək. İspaniya: “Barselona”, “Real”, “Atletiko”, “Valensiya” İngiltərə: “Mançester Siti” “Liverpul” “Çelsi” “Tottenhem” İtaliya: “Yuventus”, “Napoli”, “İnter”, “Atalanta” Almaniya: “Bavariya”, “Borussiya” “Bayer”, “Leyptsiq” Fransa: PSJ, “Lion”, “Lill” Rusiya: “Zenit”, “Lokomotiv” Portuqaliya: “Benfika” Ukrayna: “Şaxtyor” Belçika: “Genk” Türkiyə: “Qalatasaray” Avstriya: “Zalsburq” Qeyd edək ki, qrup mərhələsinin ilk matçları 17-18 sentyarda keçiriləcək. Вернуться назад |