Главная > gundem / idman > "Qarabağ"ın istədiyi qapıçı icarəyə göndərildi

"Qarabağ"ın istədiyi qapıçı icarəyə göndərildi


20-08-2019, 14:01. Разместил: rovshen


“Qarabağ”ın maraqlandığı "Udineze"nin qapıçısı Simone Skuffet icarəyə göndərilib.

Qol.az-ın A seriyası klubunun saytına istinadən yaydığı xəbərə görə, 23 yaşlı qolkiper 2019/2020 mövsümünü icarə əsasında İtaliya B seriyası təmsilçisi “Speziya Kalsio”da keçirəcək.

Qeyd edək ki, Ağdam klubu S.Skuffet üçün "Udineze"yə 500 min avro təklif etmişdi. Ancaq italyanların bu təkliflə razılaşmayıb.
Вернуться назад