Главная > gundem / medeniyyet > “Silva” operettası nümayiş olunacaq

“Silva” operettası nümayiş olunacaq


20-08-2019, 13:23. Разместил: rovshen


Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettası təqdim ediləcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsəri Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq.

Səhnə əsərində baş rolu Belarus Musiqili Teatrının solisti Marqarita Aleksandroviç ifa edəcək.
Вернуться назад