Главная > gundem / manset > Sərdar Cəlaloğlu siyasətdən elmə keçdi: “Nobel Komitəsinə yeni nəzəriyyə göndərəcəm”

Sərdar Cəlaloğlu siyasətdən elmə keçdi: “Nobel Komitəsinə yeni nəzəriyyə göndərəcəm”


10-08-2019, 14:56. Разместил: rovshen
““Müsavat” partiyası ilə elə bir əlaqəmiz yoxdur. Bunun da səbəbi Müsavat partiyasının özününü partiyalar arası əlaqələrə meyl etməməsidir”- bunu Modern.az-a açıqlamasında Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.

“Tədbir keçirərkən, Müsavat partiyasını dəvət edəndə gəlmirlər, nə də özləri təşkil etdiyi tədbirlərə bizi dəvət etmir. Əgər Müsavat partiyası təşəbbüs göstərsə sözsüz ki, biz əlaqə yaradar, birlik göstərərik. Ümumiyyətlə, ölkədə müxalif partiyalar arasında həmrəylik güclənməyənədək, vahid müxalif cəbhə yaranmayanadək heç bir dəyişikliyə nail olmaq mümkün olmayacaq”.



Elmi fəaliyyətlə məşğul olan Sərdar Cəlaloğlu yeni nəzəriyyəsi haqqında da danışıb.

“Hazırda elmi tədqiqatlarımı davam etdirirəm. Bu il biologiyadan “həyatın əmələ gəlməsi haqqında” Nobel komitəsinə əlavə nəzəriyyə göndərəcəm. Dünya elmində həyatın əmələ gəlməsi haqqında heç bir bitkin nəzəriyyə yoxdur. Mövcud nəzəriyyələrin də heç biri hamı tərəfindən qəbul edilmir və açığı o qədər də inandırıcı deyil. Hazırladığım nəzəriyyə bütün nəzəriyyələrin hamısından daha inandırıcı və elmidir. Digər nəzəriyyəmi iki il əvvəl Nobel komitəsinə göndərmişdim. Bu il həmin nəzəriyyəni Rusiya Nobel komitəsi öz təşəbbüsü ilə təkrar Nobel komitəsinə təqim edib. Paralel olaraq hazırda iki kitab yazıram. Həmin kitablardan biri sosiologiyaya aiddir. Hazırlanan materialda Quran və sosioloji elmlər üsulu ilə paralel olaraq azadlıq və köləlik eləcə də müəyyən mövzular izah ediləcək”.



Əzizə ZEYNAL
Вернуться назад