Главная > gundem / idman > “Liverpul”un bu oyunçusu Superkubokda oynamayacaq

“Liverpul”un bu oyunçusu Superkubokda oynamayacaq


10-08-2019, 11:02. Разместил: rovshen
İngiltərə “Liverpul” klubu UEFA Superkuboku öncəsi ciddi itki ilə üzləşib.

APA -nın məlumatına görə, baş məşqçi Yurgen Klopp əsas qapıçı Alisson Bekkerin xidmətindən məhrum olub.
Braziliyalı qapıçı İngiltərə Premyer Liqasının ilk turunun “Norviç”lə görüşündə (4:1) zədələnib. Birinci hissənin sonlarında qapıdan zərbə ilə topu oyuna daxil edərkən xəsarət alan qolkiper avqustun 14-də komandasına kömək edə bilməyəcək. O, Türkiyənin İstanbul şəhərində “Çelsi”yə qarşı keçiriləcək görüşü buraxmaq məcburiyyətində qalıb.
Вернуться назад