Главная > gundem / medeniyyet > Bolqarıstanın tanınmış violonçel ifaçısı Veliçka Yoçeva Bakıda çıxış edəcək

Bolqarıstanın tanınmış violonçel ifaçısı Veliçka Yoçeva Bakıda çıxış edəcək


9-08-2019, 13:38. Разместил: rovshen


Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Bolqarıstanın tanınmış violonçel ifaçısı Veliçka Yoçeva və Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov konsert proqramı ilə çıxış edəcəklər.

AZƏRTAC xəbər verir ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə dünya şöhrətli bəstəkarlar - İ.S.Bax, İ.Haydn, S.Raxmaninov, F.Şopen, İ.Brams, L.Bokkerini və başqalarının əsərləri səslənəcək.

Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.
Вернуться назад