Главная > gundem / medeniyyet > Ümummilli Liderə həsr olunan musiqi kompozisiyası işıq üzü görüb

Ümummilli Liderə həsr olunan musiqi kompozisiyası işıq üzü görüb


8-08-2019, 10:22. Разместил: rovshen


Mədəniyyət Nazirliyinin sifarişi ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmaləxanım Əsədullayevanın müəllifi olduğu, ümummilli lider Heydər Əliyevin dövlətçilik və mədəniyyət sahəsindəki fəaliyyətini əks etdirən “Heydər Əliyev haqqında Oda” əsəri kitab şəklində nəşr olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Xalq şairi Fikrət Qocanın sözlərinə bəstələnən əsər xor və simfonik orkestr üçün yazılıb. Kompozisiya “Çahargah” muğamının daxili strukturu əsasındadır.

Kitab Mədəniyyət Nazirliyinin tabeliyindəki aidiyyəti qurumlara paylanılacaq.
Вернуться назад