Главная > gundem / siyaset > Azərbaycanın dövlət sərhədini pozan Gürcüstan vətəndaşı saxlanılıb
Azərbaycanın dövlət sərhədini pozan Gürcüstan vətəndaşı saxlanılıb8-08-2019, 09:26. Разместил: rovshen |
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması tədbirləri davam etdirilir. DSX-dən "Report"a verilən məlumata görə, avqust 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində saxlanılıb. Fakt üzrə cinayət işi qaldırılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Вернуться назад |