Главная > gundem / ust > Bakıda məşhur marketdə İYRƏNCLİK: Alınan kolbasa iyrənc halda üfunət iyi verir – FOTOLAR

Bakıda məşhur marketdə İYRƏNCLİK: Alınan kolbasa iyrənc halda üfunət iyi verir – FOTOLAR


7-08-2019, 12:01. Разместил: rovshen


Bakıda "Araz" marketdən alınan kolbasa iyrənc halda olub.

Bakı sakini Nurlan Mirəlinin Sonxeber.az-a verdiyi məlumata görə, o, "Araz" marketlər şəbəkəsinin Nizami rayonu ərazisində yerləşən filialından Rusiya istehsalı olan kolbasa alıb.

N.Mirəli məhsulu alarkən üzərində son istifadə tarixinin bitmədiyini görsə də, lakin marketin xidmət keyfiyyətinə güvənməyib.

Belə ki, son istifadə vaxtı keçməsə də, kolbasanı doğrayan zaman xarab olduğunu və üfunət iyi verdiyini görüb:

"Rusiyanın ət məhsulları istehsalı olan "ЦАРИЦЫНО" kolbasasını bu gün "Araz" marketdən almışdım. Yaxşı ki, uşaq yeməmiş yoxlamaq üçün özüm kəsdim. Bu zaman kolbasadan elə bir qoxu gəldi ki, dəhşət… Bərbad bir şəkil də iylənib".

Şikayətçi qeyd edib ki, kolbasanı aldığı gün üzərindəki son istifadə tarixinə 11 gün qalıb. Bundan başqa, alınan kolbasa "Aqrovest" şirkətinin məhsulu olduğunu da vurğulayıb.

Paytaxt sakini bunu çəkdiyi fotolarla da sübut edib:

Sonxeber.az



Вернуться назад