Главная > gundem / manset > "Benzin aparanlarla, alver edənlərlə adi adamları eyniləşdirirlər" - Gömrükdə DƏRƏBƏYLİK

"Benzin aparanlarla, alver edənlərlə adi adamları eyniləşdirirlər" - Gömrükdə DƏRƏBƏYLİK


6-08-2019, 16:48. Разместил: rovshen
"Benzin aparanlarla, alver edənlərlə adi adamları eyniləşdirirlər" - Gömrükdə DƏRƏBƏYLİK

Bu gün səhər saatlarından başlayaraq Dövlət Sərhəd Xidmətinin Mamızçay keçid məntəqəsində tıxac yaranıb.

Millitv.az xəbər verir ki, bu haqda məlumatı Cebhe.info xəbər portalının direktoru Rəfael Becanov paylaşıb. DSX və Gömrük Komitəsinin əməkdaşlarının səhlənkarlıqları ucbatından yenə də insanlar keçid məntəqəsində saatlarla gözləmək məcburiyyətində qalıblar:

“Növbənin ucu-bucağı yoxdur. Benzin aparanlarla, alver edənlərlə adi adamları eyniləşdirirlər. Saatlarla növbədə dayanmağı niyə haqq etmişik? Günahımız nədir?

Elçin Quliyevdən soruşan lazımdı sən belə asanlaşdırıbsan keçidi? Xəstə qadın bizi buraxın deyir, eşidən yoxdu! Bu hansı insanlıqdır? Dünyanın harasında belə növbələr var? Bunun bir axrı olacaqmı? Sərhəd xidməti belə, gömrük xidməti belə? Niyə imkan vermirsiz bu vətəndaşlar dövlətdən razı qalsın? Məqsədiniz nədir?” deyə R. Becanov yazıb.
Вернуться назад