Главная > gundem / ust > “İri market şəbəkələri sahibkarları sıxışdırır, ağır şərtlər diqtə edirlər”

“İri market şəbəkələri sahibkarları sıxışdırır, ağır şərtlər diqtə edirlər”


5-08-2019, 12:26. Разместил: rovshen
“İri market şəbəkələri sahibkarları sıxışdırır, ağır şərtlər diqtə edirlər”

Azərbaycandakı iri marketlər şəbəkələri məhsullarını bu marketlərdə satmaq istəyən yerli istehsalçılarçılarla istədikləri kimi davranır, onlara öz ağır şərtlərini diqtə edir. FED.az xəbər verir ki, riteyl bazarında tutduqları hökmran mövqe və kiçik sahibkarların məhsullarının hələ yaxşı tanınmaması iş adamlarını bu şərntlərlə razılaşmağa vadar edir. Kiçik biznes təmsilçisi «Kercom» MMC-nin rəhbəri Cavid Kərimov iş adamlarının ticarət şəbəkələrində üzləşdiyi problemləri FED.az-a açıqlayıb.

- Cavid müəllim, sizin şirkətin ticarət şəbəkələrindən biri ilə bağlı problemin həlli ilə bağlı KOBİA-nın məlumatı yayılıb. Bu nə problem idi?

- Ümumiyyətlə məlumatınız olsun ki, sahibkarların böyük marketlər şəbəkələri ilə bağlı ciddi çətinlikləri var. Biz yerli istehsalçılar kiçik şirkətlərik. Onsuz da istehsalın təşkili, onun maliyyələşdirilməsi, malların sertifikatlaşdırılması və sairlə bağlı çoxsaylı qayğılarımız var. Bütün bu problemləri birtəhər həll edib məhsulu ərsəyə gətirib ortaya çıxarırıq. Və bu məhsulu aparırıq market şəbəkələrində satmaq üçün onlarla əməkdaşlıq etməyə. Market şəbəkələri güclüdür, biz isə zəif. Ona görə onlar nə şərt qoyuorlarsa, biz həmin şərtə razılaşıb işləməyə məcburuq.

- Ticarət şəbəkələri hansı şərtlər qoyurlar ki?

- Əvvəla qeyd edim ki, bütün bizneslər mümkün qədər yüksək mənfəətlə işləməyə çalışırlar. Bu təbiidir amma bunu öz partnyorunun, daha zəif tərəflaşının hesabına, onu əzməklə eləmək düzgün deyil. Biz müəyyən bir şərrtlərlə gedirik onlarla işləməyə hansı ki, o şərtlər özü də kifayət qədər sərtdir. Amma məcbur qalıb işləyirik, amma bunda da hər ilin axırında müqavilə davası başlayır.

- Müqavilə davası, yəni nə tələb edilir?

- Onlar deyirdər ki, hər il bizə verdiyin faizi daha da artır

- Yəni sizin malları qoyulan marjanın daha da artırılmasını istəyirlər?

- İlk növbədə budur, amma başqa məqamlar da var ki, onların həll etməyə çətinlik çəkirik, həll edə bilmirik.

- Onlar hansı məsələlərdir elə?

- Məsələn, biz bal şirkətiyik, yəni bal istehsal edirik. Malımızı hər hansı market şəbəkəsində satışa çıxarmaq üçün bizdən «barkod pulu» alırlar, məhsullarımızın barkoduna görə.

- Bu nə deməkdir?

- Yəni marketdə satışa veriləcək hər bir məhsul, yəni hzər bir qablaşmanın üzərində barkod olur, yəqin görmüsünüz. Bu kod məhsulun identifikasiya kodudur, bu kodu ayrıca təşkilat verir və hər bir məhsulun üzərində olur. Məsələn, tutaq ki, bizim çiçək balımız var və biz onu 5 qablaşmada satmaq istəyirik. Onda biz hər qablaşma üçün 5 barkod almalıyıq. 2 məhsulunuz varsa, yə siz onların hər birini 5 qablaşmada satışa çıxarırsınızsa, siz artıq 10 barkod almalısınız.

- Bu barkodu sizə marketlər verir?

- Xeyr, bu tamamilə ayrıca təşkilatdaır və kodu onlardan alırıq

- Bəs marketlərin aldığı «barkod pulu» nədir?

- Bunun adın qoyublar ki, bu malın sistemdə tanıdılması üçündür. Yəni marketin satış sistemində malın barkodunun tanınması üçün.

- Bəyəm buna pul lazımdır? Bu belə xüsusi, yəni market üçün xərc aparan xidmətdir?

- Xeyrə əlbəttə ki. Təsəvvür edin ki, siz mobil telefonla mənə zəng edirsiniz. Barkod pulu ona oxşayır ki, siz nömrəni yığıb «yes»i basmağa görə pul ödəyirsiniz, yəni hələ danışıq başlamamış. Yəni hələ malın satışı başlamayıb, marketlər bu satışdan da faizlərini götürürlər, amma barkod pulu ayrıca ödənişdir. Yəni bunun malların necə satılacağına və başqa məsələlərə aidiyyatı yoxdur. Marketə daxil olanda bu pul ödənilməlidir.

- Barkod pulu nə qədərdir?

- Bu market şəbəkəsindən asılıdır. Adə tən bir məhsula görə 100 manatdan başlayır 500 manata qədər artır. Elə market var ki, 500 manat istəyir bir mala görə.

- Bu bir qablaşmanın satışa çıxarılması üçün alınan puldur, düz anladıq?

- Bəli, yəni mən 10 qablaşmada məhsul satışa çıxarıramsa, deməli hər məhsulun barkoduna görə, 100-500 manatdan hesbalayında marketə 1000-5000 manat barkod pulu verməliyəm .

- Bu baha qiymət deyil?

- Bu hələ bizim məhsullarda belədir. Çunki bal birinci tələbat məhsulu deyil. Birinci tələbat malı olanda barkod pulu daha böyük olur. Məsələn, pendirlərdə. Onlardan hər məhsulun marketdə satışa çıxarılmasına görə 10 min manatadək pul tələb edə bilərlər.

- Bu barkod puludur?

- Sadəcə deyirlər ki, məhsulunun bizim marketdə satışa çıxarılması üçün 8-10 min pul verməlisən, adın da qoyurlar «məhsulun sistemdə tanınması komissiyası».

- Bəs marketdə məhsulları hansı rəflərə düzmək olar? Onun üçün də ayrıca pul ödənilir?

– Əlbəttə, məhsulları əmarketdə ayrıca rəfə düzürsənsə, bu rəflərin icarə pulunu verməlisən.

- Bu icarə haqqı nə qədərdir?

- Marketlərdə baxsanız, rəylərin hamısında ölçüləri 50-50 santimatr olan kafellər var. İcarə pulunun da ölçü vahidi bu kafellərdir – bir kafelin icarə haqqvı 100 manat, 2 kafel tutmusansa 200 manat. Belə hesablanır.

- Adətən məhsulları satışa çıxarmaq üçün nə qədər rəf tələb olunur?

- Burada qablaşmanın həcmlərindən və ölçülərindən də çox şey asılıdır. Məsələn böyük şirkətlərin öz komandası var, marçendayzerləri (məhsulu rəflərdən daha axımlı düzən), sifariş götürən, məhsulu rəflərə düzən başqadır. Kiçik biznesdə isə bu imkanlar yoxdur. Bütün bu işləri sahibkar özü eləməli olur. Amma məşhur, yəni böyük marketlər şəbəkəsi ilə işləyəndə başqa problemlər də çıxır. Bizim malları rəflərə qoymaq üçün azı 2 kafel lazımdır, bu da 100 manata başa gəlir. Daha böyük yer tutanda 200-300 manata da ola bilər.

- Hansı problem?

- Ondadır ki, biz hətta bu şərtləri ödəyib marketdə satışlara başlayandan bir qədər sonra market rəhbərliyi bildirir ki, bizim mallarımız guya yaxşı satılmır və buna görə, ya da başqa bəhanə ilə məhsulumuz satışdan çıxarılmalıdır. Məhsulumuzu deaktiv edir, hansıki barkod pulunu vermişdim. Artıq həmin yeri başqa yerli şirkət tapırlar, və bizdən vaxtilə aldığı pulları ondan alıb onun mallarının satışına başlayırlar. Bir müddətdən sonra eyni işi onun başına gətirirlər və beləcə davam edir.

- Belə çıxır ki, marketlər şəbəkəsi kiçik şirkətlərin vəziyyətindən – bazara çaxmaq istəklərindən sui-istifadə edirlər?

- Bəli. Bal satışlarında vəziyyət dəqiq belədir. Bir az dəqiq izah edim – tutaq ki, marketlərdəki bölmələrdəki rəflərə 3-4 şirkətin məhsulları yerləşir. Amma buy er üstündə 15-20 şirkət rəqabət aparır dava edir. Marketlər də bundan istifadə edir, rəfdə əlavə yer yoxdur, amma tamahkarlıq edib, bir-bir şirkətlərin məhsulların çıxarıb başqalarının məhsullarını götürürlər. Və belə davam edir.

- Bu adətən nə müddətdən sonra baş verir?

- Adətən bir il çəkir. Bir il isə çox az müddətdir. Bu müddətdə alıcının gözü məhsula öyrrəşməlidir, bundan sonra satışlar artmağa başlayır. Çünki iri şireətlərdən fərqli olaraq biz kiçik sahibkarlar radioda, TV-də reklam verə bilmirik. FB və instaqramda reklam edirik, amma kütləvi reklam edə bilmirik. Yəni bir məhsulun tanınması başa çatmamış, satışdan yığışdırıb, yerini başqa məhsula verirlər.

Yəqin görmüsünüz, bəzi marketlərdə eyni şirkətin istehsalıç olan onlarla qarğıdalı yağları düzülüb. Bu görünüş, bu üsul alıcıları cəlb etməyə yönəlib. Bizdə isə bir neçə barkodla elə bir görünüş yaranır ki, bunun vasitəsilə alıcıları cəlb edib dövriyyə yaratmaq mümkün deyil. Bizə lazımdır ki, rəflərdə həmin məhsuldan mümkün qədər çox olsun ki, alıcılar görüb alsınlar.

- Məhsulun normal satışı üçün marketdə azı neçə çeşiddə və ya qablaşdırmada olmaladır? Yəni azı neçə barkod alınmalıdır?

- Cavid müəllim, bayaqdan danışdıqlarımız hələ məhsulun marketə daxil olub rəflərə düzülməsinə qədərki dövrü əhatə edir. Bəs satışda vəziyyət necədir? Marketlər bu malların üzərinə nə qədər marja qoyurlar?

- Bu bir az müqavilə məlumatıdır deyə, tamamilə açıqlaya bilmərəm. Məsələn, marketdə 10 manata satılan məhsulu biz onlara 7,5 manatda veririk. Demək olar ki, bütün marketlərlə eyni faizlərlə işləyirik və qiyməti də standartlaşdırmışıq.

- Marketlərin qiyməti özbaşına artırdığı hallar olur?

- Əlbəttə, bir də görürsən. Özbaşına bizim malların qiymətini artırır. Məsələn 10 manatdırsa 11, 12 manata satır. Soruşuruq ki, niyə belə edirsiniz, axı qiyməti danışmışıq? Çunki mən bunun maya dəyərini qaldırmamışam, nə qədər xərcim artsa da və ya yeni xərclər yaransa da biz qiyməti dəyişmirik. Market isə rahatca yerində oturub qiyməti artırır, həm də süni inflyasiya yaradır.

- Baxmayaraq ki, 10 manatıq qiymətdə də onların 2,5 manatlıq gəlir marjası var, eləmi?

- Bəli.

- Bəs marketlər qiymət artımını nə ilə əsaslandırırlar?

- Bilirsiniz, müqaviləyə görə bizim məhsula qoyduğumuz qiymət tövsiyə qiyməti sayılır. Onlar da bu vəziyyətdən sui-istifadə edirlər. Deyir bu mənim səlahiyyətimdir, heç nə deyə bilməzsən. Amma bu o demək deyil ki, kiçik sahibkarı əzəsən.

- Cavid müəllim, sizin müəssisənin balı harada istehsal edir, gücü nə qədərdir?

- Bizim təqribən 1000-ə yaxın arı ailəsi var, onlar Zaqatala-Balakən zonasında yerləşir. Təsərrüfatımızda il ərzində 50 nəfər çalışır.

- İndi sizin danışdığınız vəziyyət böyük şəbəkəsi olan marketlərə aiddir. Bəs tək marketlərdə vəziyyət necədir?

- Belə marketlərdə şərtlər nisbətən yumşaqdır və onlarla işləmək daha rahatdır. Məsələn, onlara barkod pulu 50 manata da ola bilər.

Dünyada yerli istehsalçıların mallarının marketlərdə satışı ilə bağlı güzəştlər var. Yən onlara ayrıca rəf ayrılır, onlardan barkod pulu alınmır, yəni satışa maneə yaradılmır, əksinə kömək edilir. Bizdə isə vəziyyət belədir.
Вернуться назад