Главная > gundem / idman > Bu gün “Qarabağ”ın rəqibləri müəyyənləşəcək
Bu gün “Qarabağ”ın rəqibləri müəyyənləşəcək5-08-2019, 10:00. Разместил: rovshen |
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkatması keçiriləcək. Modern.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. III təsnifat mərhələsi başa çatmadığından püşkdə 10 cüt və 2 komanda iştirak edəcək. Azərbaycan çempionu “Qarabağ”ın Kipr APOEL-i ilə cütünün də növbəti rəqibinin kimliyini biləcək. Çempionlar yolunda mübarizə aparacaq 6 cüt və 2 klubun sırasında olan “Qarabağ” – APOEL dueli püşkdə səpələnməmişlərdən olacaq. Qeyd edək ki, pley-offun oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək. Çempionlar Liqası Pley-off mərhələsinin püşkatması Çempionlar yolu Səpələnmişlər ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya) PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) "Dinamo” (Xorvatiya) - "Ferensvaroş" (Macarstan) “Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) Səpələnməmişlər “Slaviya” (Çexiya) “Yanq Boyz” (İsveçrə) APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) “Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç) Liqa yolu Səpələnmişlər “Krasnodar” (Rusiya) - “Portu” (Portuqaliya) “Brügge” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna) Səpələnməmişlər “Başakşəhər” (Türkiyə) - “Olimpiakos” (Yunanıstan) “Bazel” (İsveçrə) - LASK (Avstriya) Вернуться назад |