Главная > gundem / dunya > Zelenski valideynləri ilə görüşə bilmədiyindən gileyləndi - VİDEO

Zelenski valideynləri ilə görüşə bilmədiyindən gileyləndi - VİDEO


4-08-2019, 11:30. Разместил: rovshen


Ukrayna prezidenti Vladimir Zelenski üç aydır valideynlərini görməməsindən gileylənib.

Oxu.Az-ın 360tv.ru saytına istinadən verdiyi xəbərə görə, Ukraynanın dövlət başçısı anasının hər gün ona zəng etdiyini deyib.

Zelenski söyləyib: "Anam gündə heç olmasa bir dəfə mənə zəng edir. Bəzən telefona cavab verməməyimdən inciyir. Avqustun 9-dan sonra valideynlərim nəvələrini görməyə gələcəklər".

Ukrayna prezidenti ata-anasını sonuncu dəfə inauqurasiya mərasimi zamanı gördüyünü bildirib.


Вернуться назад