Главная > gundem / ust > Azərbaycan Türkiyə vətəndaşını Rumıniyaya verdi - Qərar

Azərbaycan Türkiyə vətəndaşını Rumıniyaya verdi - Qərar


2-08-2019, 11:09. Разместил: rovshen
Azərbaycan Türkiyə vətəndaşını Rumıniyaya verdi - Qərar

Türkiyə vətəndaşı Aktaş Hüseyin İsmayıl oğlunun Rumıniyaya ekstradisiya edilməsi ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin verdiyi təqdimat üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə Hüseyn Aktaşın Rumıniyaya ekstradisiya olunması barədə qərar çıxarıb.

Qeyd edək ki, Türkiyə vətəndaşı Hüseyn Aktaş bir neçə il bundan əvvəl Rumıniyada olan zaman miqrantları ölkə sərhədindən qanunsuz keçirməyə cəhd edib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Hüseyn Aktaş barəsində məhkəmə 3 il 3 ay müddətinə hökm çıxarıb.

Lakin sonradan onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hüseyn Aktaş barəsində məhkəmə hökmü olan zaman yenidən Rumıniya sərhədini qanunsuz olaraq pozub və Türkiyəyə qaçıb. Rumıniya onu beynəlxalq axtarışa verib.

Bir neçə ölkəyə gedən Hüseyn Aktaş Azərbaycana gələn zaman saxlanıb.

Rumıniya tərəfi isə Azərbaycandan Hüseyn Aktaşın ekstradisiya edilməsini istəyib.
Вернуться назад