Главная > gundem / idman > "Sabah", yoxsa "Əl-Şahaniyə"?

"Sabah", yoxsa "Əl-Şahaniyə"?


30-07-2019, 12:37. Разместил: rovshen


Türkiyədə təlim-məşq toplanışında olan "Sabah"ın daha bir rəqibi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Qətər Premyer Liqası klubu "Əl-Şahaniyə" ilə yoxlama görüşü keçiriləcək. "Sapanca" stadionunda keçiriləcək matç avqustun 1-i Bakı vaxtı ilə 18:00-da başlayacaq.

Qeyd edək ki, "Sabah" bundan əvvəl yoxlama oyunlarında "Konkordiya"ya (Rumıniya) 1:2 uduzub, "Kəmərspor"a (Türkiyə) 2:1 qalib gəlib.
Вернуться назад