Главная > gundem / kriminal > Tanınmış polis polkovnikinin oğlu özünü öldürdü - ŞOK İNTİHAR
Tanınmış polis polkovnikinin oğlu özünü öldürdü - ŞOK İNTİHAR11-07-2019, 16:10. Разместил: rovshen |
Bakının Nərimanov rayonunda özünü yaşadığı binadan atıb öldürən şəxsin kimliyi məlum olub. Bakupost.az-ın məlumatına görə, Orxan Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayevin oğludur. Bildirilir ki, O.Ağayev idmanla məşğul imiş. O, cüdo üzrə Azərbaycan çempionu olub. ** Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, 1991-ci il təvəllüdlü Orxan Ağayev özünü yaşadığı evin pəncərəsindən atıb. Özünü 5-ci mərtəbədən atan O. Ağayev hadisə yerində ölüb. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. Вернуться назад |