Главная > gundem / arasdirma > "Valideynlərinin pulu yoxdur deyə, heç kim yaxın durmur..." - GİLEY

"Valideynlərinin pulu yoxdur deyə, heç kim yaxın durmur..." - GİLEY


11-07-2019, 13:36. Разместил: rovshen


Ağ Ciyər Xəstəlikləri İnstitutunda baş verən biabırçı hadisələrlə bağlı foto yayılıb. JAMAZ.İNFO xəbər verir ki, Vüsalə Əlizadə adlı şəxs özünün Facebook hesabında xəstəxanada rastlaşdığı olayın fotosunu paylaşıb.

O bildirib ki, vərəm xəstəsi olan oğlana heç bir tibbi yardım göstərilmir. Onun sözlərinə görə, rayonlardan birinin sakini olan gənc insan valideynləri ilə birlikdə Ağ Ciyər Xəstəlikləri İnstitutuna müalicə almaq məqsədiylə gətirilib. Lakin pulları olmadığından onlara kimsə yardım etmir, uşağın müalicəsini də həyata keçirmirlər. “Ciyərinə su yığılıb. Ağrıdan valideynlərinin gözü qarşısında zarıyır. Ciyərdəki suyu çəkmək üçün valideynlərinin pulu yoxdur deyə, heç kim yaxın durmur”.

Xatırladaq ki, Ağ Ciyər Xəxtəlikləri İnstitutu dövlət büdcəsindən maliyyələşən müalicə müəssisəsidir. Səhiyyə Nazirliyinin balansında olan bu tibb qurumu xəstələrin müalicəsini pulsuz həyata keçirməyə borcludur. Lakin buna baxmayaraq, belə utancverici mənzərənin yaranmasına səbəb olublar. Ümid edək ki, Səhiyyə Nazirliyi bu utancverici fotonu görüb, lazımi tədbiri görəcək.
Вернуться назад