Главная > gundem / kriminal > Oteldə sevgilisinə 11 bıçaq vurdu - Yalan danışdığı üçün

Oteldə sevgilisinə 11 bıçaq vurdu - Yalan danışdığı üçün


4-07-2019, 17:32. Разместил: rovshen
Oteldə sevgilisinə 11 bıçaq vurdu - Yalan danışdığı üçün

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 20 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, ötən ilin sentyabr ayında Abşeron rayonu ərazisində yerləşən "Oskar" otelində 35 yaşlı N.Əliyev yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib.

Araşdırma zamanı N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağıda yerləşən klubların birində tanış olduğu və tez-tez görüşdükləri məlum olub.

Şübhəli şəxs polisə verdiyi ifadəsində hadisəni A.Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib.

Ona Cinayət Məcəlləsinin 120.2.11 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.
Вернуться назад