Главная > gundem / video > Yeni tikililərin içməli su anbarları illərdir təmizlənmir - Təhlükə

Yeni tikililərin içməli su anbarları illərdir təmizlənmir - Təhlükə


3-07-2019, 17:59. Разместил: rovshen
Yeni tikililərin içməli su anbarları illərdir təmizlənmir - TəhlükəYeni tikililərin su anbarları illərdir təmizlənmir.
Bu barədə "Bizə Sevinclə qoşul” layihəsinin müəllifi, araşdırmaçı-jurnalist Sevinc Paşayevaya açıqlama verən "Azərsu” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib ki, qurum yeni tikililərə anbarlara qədər içməli suyu ötürür və ora qədərki keyfiyyətinə tam cavabdehdir. Lakin bəzi çoxmərtəbəli binaların su anbarları vaxtında təmizlənmədiyi üçün əhalidə ciddi narazılıqlar yaranır.

Qurum rəsmisi vurğulayıb ki, qüvvədə olan standartlara görə, anbarlar ildə ən azı bir dəfə təmizlənməlidir. "Amma təəssüflər olsun ki, apardığımız monitorinqlər göstərir ki, elə yeni tikililər var ki, 5-10 ildir anbarları təmizlənmir”.

Anar Cəbrayıllının tam açıqlaması ilə videoda tanış ola bilərsiniz.

Konkret.az

Вернуться назад