Главная > gundem / kriminal > Bakıda evdən 80 min manatlıq oğurluq olub

Bakıda evdən 80 min manatlıq oğurluq olub


19-06-2019, 11:33. Разместил: rovshen
Bakıda evdən 80 min manatlıq oğurluq olub

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini mənzilindən içərisində 15000 manat və 15000 ABŞ dolları, habelə 40000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Вернуться назад