Главная > gundem / idman > "Qəbələ" "Keşlə"dən ayrılan futbolçunu baxışa çağırdı

"Qəbələ" "Keşlə"dən ayrılan futbolçunu baxışa çağırdı


14-06-2019, 13:44. Разместил: rovshen
"Qəbələ" "Keşlə"dən ayrılan futbolçunu baxışa çağırdı

Mövsümün sonunda "Keşlə"dən ayrılan Fuad Bayramov "Qəbələ"yə keçə bilər.

Bu barədə Qol.az-a futbolçu özü məlumat verib. 24 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, əyalət klubu onun xidmətində maraqlıdır. Fuadın meneceri ilə əlaqə saxlayan "qırmızı-qaralar" futbolçunu baxışa çağırıb. Bayramov sabah "Qəbələ"nin düşərgəsinə yollanacaq.

Qeyd edək ki, "Qəbələ" sabahdan yeni mövsümün hazırlıqlarına start verəcək.
Вернуться назад