Главная > gundem / kriminal > Bakıda xarici vətəndaş bu özəl klinikada əməliyyat zamanı öldü
Bakıda xarici vətəndaş bu özəl klinikada əməliyyat zamanı öldü10-06-2019, 11:12. Разместил: rovshen |
Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb. "Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən "Ege” hospitalında qeydə alınıb. Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır. Вернуться назад |