Главная > gundem / dunya > Putinin canlı efirdə suallara cavab verəcəyi tarix açıqlanıb

Putinin canlı efirdə suallara cavab verəcəyi tarix açıqlanıb


9-06-2019, 11:38. Разместил: rovshen
Putinin canlı efirdə suallara cavab verəcəyi tarix açıqlanıb
Rusiya Prezidenti Vladimir Putin iyunun 20-də canlı efirdə suallara cavab verəcək.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İyunun 20-də saat 12.00-da "Birinci kanal", "Rossiya 1", "Rossiya 24", NTV, ORT, "Mir" telekanalları və "Rusiya Radiosu", "Mayak" və "Vesti FM" radiolarının efirində "Vladimir Putinlə birbaşa əlaqə" xüsusi proqramı efirə çıxacaq.

Sualların qəbuluna bu gün saat 08.00-da başlanır. Sualların qəbulu iyunun 20-də proqram bitənə qədər davam edəcək.
Вернуться назад