Главная > gundem / idman > UEFA Millətlər Liqasında final mərhələsi başlayır - Yenilənir

UEFA Millətlər Liqasında final mərhələsi başlayır - Yenilənir


5-06-2019, 13:30. Разместил: rovshen
UEFA Millətlər Liqasında final mərhələsi başlayır - YenilənirBu gün UEFA Millətlər Liqası turnirində final mərhələsinə start veriləcək.

Qol.az-ın məlumatına görə, A Liqasında qrup qaliblərinin qatıldığı “Dördlər finalı”nın yarımfinalında Portuqaliya - İsveçrə və Hollandiya - İngiltərə cütləri mübarizə aparacaq.

Bu gün Portuqaliya və İsveçrə münasibətlərə aydınlıq gətirəcək. Sabah isə Hollandiya İngiltərə ilə üz-üzə gələcək.

Qeyd edək ki, bütün oyunlar Portuqaliyada keçiriləcək.

5 iyun

22:45. Portuqaliya – İsveçrə
Portu. “Draqao” stadionu

6 iyun

22:45. Hollandiya - İngiltərə
Gimaraynş. Afonso Enrike stadionu
Вернуться назад