Главная > gundem / iqtisadiyyat > Neft sürətlə ucuzlaşır: Nə baş verəcək? - AÇIQLAMA

Neft sürətlə ucuzlaşır: Nə baş verəcək? - AÇIQLAMA


31-05-2019, 17:00. Разместил: rovshen
Neft sürətlə ucuzlaşır: Nə baş verəcək? - AÇIQLAMA

"Neft yenidən ucuzlaşmağa başlayıb. Bir müddət öncə hər bareli 73 dollara ətrafında alqı-satqı edilən Brent markalı neft indi 65 dollardan ucuzdur. Bununla da son 3 həftə də neftin hər barelinin qiymətinin 8 dollar azaldığı bəlli olur".

Sonxeber.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Ekspert qeyd edib ki, bu ay ABŞ-ın İrana qarşı sanksiyaları genişləndirməsinə və cənub qonşumuzun neft ixrac imkanlarının minimumlaşmasına baxmayaraq "qara qızıl" dəyər itirməyə başladı:

"Son qiymət azalmaları şist neft istehsalının artması, Səudiyyə Ərəbistanının gələn aydan hasilatı artacağı ilə bağlı yayılan xəbərlər, ən əsası ABŞ prezidentinin enerji məhsullarının qiymətinin azalmasının zəruruliyi ilə bağlı bəyanatlar və eləcə də "tvitləri" ilə əlaqədardır.

Qlobal neft təklifini gündəlik 101.42 milyon barel olduğunu nəzər alsaq, bir zəng neft ölkələrinin "qara qızıl" satışından gündəlik gəlirinin 811 milyon dollar azalmasına səbəb olub. Azərbaycanın gündəlik neft ixracatınn 798 min barel olduğunu nəzərə alsaq o zaman son qiymət azalmalarının ölkəmizə daxil olan gündəlik neft gəlirlərini 6.4 milyon dollar azaltdığı aydınlaşır.

Qeyd edək ki, bu mənfəət gəliri deyil, xərclər və Əməliyyat Şirkətinin payı da daxil olmaqla əldə edilən tam gəlirdir".

Vüqar Bayramovun sözlərinə görə, son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır:

"Bu, həmçinin "neft bumunun" bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələrlə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür.

Beləliklə, neftin qiyməti məqbul hesab olunsa belə, son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə yaratmır. Bütün hallarda Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi yeni "şokların təsirlərindən" sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır".
Вернуться назад