Главная > gundem / medeniyyet > Xətai Sənət Mərkəzində Əməkdar rəssam Rafel Muradovun əsərləri sərgilənəcək

Xətai Sənət Mərkəzində Əməkdar rəssam Rafel Muradovun əsərləri sərgilənəcək


29-05-2019, 12:45. Разместил: rovshen
Xətai Sənət Mərkəzində Əməkdar rəssam Rafel Muradovun əsərləri sərgilənəcək

İyunun 4-də Xətai Sənət Mərkəzində Əməkdar rəssam Rafael Muradovun rəsm əsərlərindən ibarət fərdi sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Ekspozisiyada Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamın şəxsi kolleksiyasından seçilmiş qrafik əsərləri sərgilənəcək.

Öz dövrünün güzgüsü olmağa çalışan rəssamın əsərlərində zaman-zaman dəyişən tariximiz əsl görkəmindədir. “Tariximiz”, “Etiraz”, “Qara yanvar”, “Qaçqınlar”, “İmperiyanın süqutu”, “Qaçqın harayı”, “Faciə” və “Uçurum” kimi əsərlərində reallıqdan fəlsəfi ümumiləşdirməyə qədər uzanan, tarixi faktlara söykənən elə həqiqətlər var ki, onlara inanmamaq çətindir. Həm rəng həllinin yaratdığı təzadlı ovqat, həm istifadə etdiyi rəmzi detallar, obrazlar tamaşaçıya bəlalarımızın dərinliyini, köklərini duymağa, eləcə də bizə düşünüb-daşınmağa imkan yaradır. Bütün “Abşeronçular” kimi Rafayel Muradovun da seçdiyi təsvir motivləri zahiri sadəliyinə baxmayaraq fəlsəfi tutumludur. Onun hər bir tablosu təkcə zamanına görə yox, həm də məna və məzmun yükünə görə müasir gələcək ünvanlıdır.
Вернуться назад