Главная > gundem / arasdirma > Bu şirkətin özbaşınalığı bitmir - "Pilot İnşaat-A" Bakının mərkəzini iflic edib

Bu şirkətin özbaşınalığı bitmir - "Pilot İnşaat-A" Bakının mərkəzini iflic edib


24-05-2019, 15:21. Разместил: rovshen
Bu şirkətin özbaşınalığı bitmir - "Pilot İnşaat-A" Bakının mərkəzini iflic edib

"Pilot İnşaat-A" MMC-nin Bakının mərkəzindəki özbaşınalığı səngimək bilmir.

Musavat.com xəbər verir ki, MMC Səməd Vurğun küçəsində inşa etdiyi çoxmərtəbəli binalarla şəhərin mərkəzində xaos yaradıb.

2 ilə yaxındır ki, davam edən inşaat işləri dəfələrlə problemlər yaradıb. Söküntü işləri zamanı təhlükəsizlik tədbirlərinin görülməməsi, günün istənilən saatında texnikaların yolun hərəkət istiqamətlərini kəsməsi və daha bir neçə problem Bakı sakinlərinin gününü sözün əsl mənasında, qara edib.

Elə ötən ilin sonunda MMC-nin tikintidə təhlükəsizlik qaydalarına əməl etməməsi Səməd Vurğun küçəsində yolun bir hissəsinin çökməsinə səbəb olmuşdu.

İndi isə MMC-nin maşınları sürücülərin hərəkətinə problemlər yaradır. Günün pik saatlarında Səməd Vurğun küçəsinin əsas hissəsini tikinti şirkətinin beton maşınları zəbt edir. Bu da Bakının əsas mərkəzi küçələrindən birində saatlarla tıxacın yaranmasına səbəb olur.

Tikinti şirkətinin yaratdığı süni tıxacı əməkdaşımız lentə alıb. Həmin görüntülərdən də tikinti şirkətinin sözügedən özbaşınalığını müşahidə etmək mümkündür.
Вернуться назад