Главная > gundem / dunya > Səudiyyə Ərəbistanında dünyanı ŞOKA SALAN HÜCUM: - Pilotsuz aparatlarla...

Səudiyyə Ərəbistanında dünyanı ŞOKA SALAN HÜCUM: - Pilotsuz aparatlarla...


14-05-2019, 15:43. Разместил: rovshen
Səudiyyə Ərəbistanında dünyanı ŞOKA SALAN HÜCUM: - Pilotsuz aparatlarla...

Səudiyyə Ərəbistanın “şərq-qərb boru xətti”ndəki iki neft ötürücü stansiyaya hücum edilib.

Redaktor.az Röyters agentliyinə istinadən xəbər verir ki, bu barədə krallığın Enerji naziri Xalid əl-Falih açıqlama verib. O, bildirib ki, hücum partlayıcı yüklü pilotsuz aparatlarla həyata keçirilib. Bununla belə, digər stansiyaların köməyi ilə neft nəqlində problem yaranmayıb. Partlayış törədilən məntəqədə isə təmir işləri aparılır.

Nazirin sözlərinə görə, bəzi qüvvələr belə hücumlarla qlobal neft ticarətinə zərbə vurmaq istəyir.

Xatırladaq ki, 3 gün əvvəl Birləşmiş Ərəb Əmirlikləri sahillərində neft tankerləri hücuma məruz qalıb. Hücumların hansı qüvvələr tərəfindən təşkil olunduğu məlum deyil.
Вернуться назад