Главная > gundem / medeniyyet > Bakıda satılan suvenirlər Azərbaycan mədəniyyətinin və incəsənətinin yadigarıdır

Bakıda satılan suvenirlər Azərbaycan mədəniyyətinin və incəsənətinin yadigarıdır


10-05-2019, 15:30. Разместил: rovshen
Bakıda satılan suvenirlər Azərbaycan mədəniyyətinin və incəsənətinin yadigarıdır

İranın “Kojara” turizm portalında Bakı haqqında material dərc olunub.

AZƏRTAC xəbər verir ki, materialda Bakının gözəlliklərindən bəhs edilir. Nəzərə çatdırılıb ki, Bakının mərkəzində tarixi “Tarqovı” küçəsində suvenirlər satılan mağaza var. Hər bir turist Bakı haqqında xoş xatirələri yaşatmaq məqsədilə buradan suvenir alır.

Turizm portalı yazır ki, Bakıda satılan suvenirlər Azərbaycan mədəniyyətinin və incəsənətinin yadigarıdır.

Qeyd edək ki, portal Bakının dünyanın gözəl şəhərlərindən biri olduğunu bildirir və iranlı turistlərə yayda istirahətini məhz bu şəhərdə keçirməyi məsləhət görür.
Вернуться назад