Главная > gundem / neqativhallar > Məhəmməd Vəliyevlə bağlı ilginc iddialar... - İTTİHAM

Məhəmməd Vəliyevlə bağlı ilginc iddialar... - İTTİHAM


6-05-2019, 11:01. Разместил: rovshen
Məhəmməd Vəliyevlə bağlı ilginc iddialar... - İTTİHAM

Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçıları yenə müharibə vəziyyətindədir, amma bu dəfə döyüş döyüş Əfqanıstan dağlarında yox, Azərbaycanda, həm də mücahidlərlə yox, əfqan müharibəsi veteranlarını birləşdirən ictimai birliyin sədri ilə aparılır.2 ay öncə Prezident İlham Əliyev Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb və Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılıb. İndi Birlik üzvləri bu vəsaitin də mənimsənəcəyindən narahat olmaqlarına baxmayaraq, həmin vəsait Məhəmməd Vəliyev qeyri rəsmi sədirliyi ilə xərclənilir. Əsil əfqanstan müharibəsinin əlilləri və həlak olmuş ailləri isə yenə unudulmaqda davam edir.
Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyi daxilində parçalanma və qarşıdurma olması bir çoxlarına məlumdur. Maraqlıdır ki, şərti cəza kəsilən Məhəmməd Vəliyev hələ də öz vəzifəsini icra edir. Bu gün Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyi haqqında çox xoşagəlməz xəbərlər eşidirik. Orada olan korrupsiya faktları, veteranların haqlarının pozulması, dələduzluq halları ilə bağlı məhkəmə də keçirilib. Hətta məhkəmədə bu birliyin sədrinə cəza verilib. Bununla bağlı cumhuriyyet.az xatırladır ki, hazırkı sədr Məhəmməd Vəliyev və müavini Cavan Əhmədov veteranların şikayəti əsasında məhkəməyə verilib. Hər iki şəxs dələduzluq və rüşvət almaqda təqsirləndirilərək, barələrində 2 il şərti cəza kəsilib. Dələduzluq, rüşvət alma, sənədlərin saxtalaşdırılması kimi cinayətlərdə ittiham edilən Məhəmməd Vəliyevin barəsində cinayət işinin qaldırılması üçün onun rəhbərlik etdiyi təşkilatın üzvlərinin çoxsaylı şikayətləri əsas götürülüb.
Məhəmməd Vəliyevlə bağlı cumhuriyyet.az ın media üzərindən apardığı araşdırmalarda daha bir ilginc iddiaya rast gəldik. Əfqanıstan veteranları dilindən səslənən həmin ittihamları olduğu kimi diqqətinizə çatdırırıq: “Bu həmin Məhəmməd Vəliyevdir ki, 1994-cü ildə Əfqanıstan Veteranları İttifaqının nəznində yaradılan və özünün rəhbəri olduğu “Araz-1” firmasının xətti ilə Aqrar-Sənayə Bankından 380 min ABŞ dolları məbləğində kredit götürüb. Həmin pulları isə Rusiya Federasiyasının Astarxan şəhərindəki kazinoda qumara qoyaraq uduzub. Bu şəxs 380 min ABŞ dolları məbləğindəki krediti qaytarmayıb. Məhəmməd Vəliyev RF-sı ərazisində törətdiyi digər əməllərinə görə Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarətə götürülərək həbs edilib. 9 ay FTX-nin təcridxanasında saxlanılıb. Belə bir mühüm təhlükəsizlik xidmətinin təcridxanasından çıxmağın asan bir iş olmadığı bəllidir.Məhz o arxalandığı bu cür qüvvələrdən aldığı dəstək nəticəsində 1997-ci və 2005-ci illərdə ƏVİ-də içtimai çevrilişlər etməyi bacarmışdı”.
Bu günlərdə isə M.Vəliyev daha bir biabırçılıq yaşayıb. Belə ki, sözügedən şəxs nümayişkəranə şəkildə tribunadan qovulub. Hadisə bir neçə gün bundan öncə Müdafiə Nazirliyinin (MN) Təlim-Tədris Mərkəzində (TTM) MN-nin təşkilatçılığı ilə bir qrup müharibə veteranları ilə görüşü zamanı baş verib. Bununla bağlı tədbirdə iştirak edən hərbi ekspert və hərbi jurnalist ehtiyatda olan polkovnik-lentenat Üzeyir Cəfərov özünün facebook səhifəsində məlumat yayıb. Həmin məlumatı cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Aprelin 26-da Müdafiə Nazirliyinin (MN) Təlim-Tədris Mərkəzində (TTM) MN-nin təşkilatçılığı ilə bir qrup müharibə veteranları ilə görüş keçirildi. Çox yüksək səviyyədə keçən görüşdə, xırda, amma kifayət qədər ciddi bir xoşagəlməz məqam da yaşandı. Öz giriş çıxışında MN-nin müavini general-leytenant Kərim Vəliyev ordunun dostları rolunda mütəmadi olaraq hərbi hissə və birləşmələrə səfərlər edən şəxslərə öz təşəkkürünü bildirəndə mən qeyri-ixtiyarı yerimdən bir qədər ədəbsiz də olsa replika atdım. General gözləməsə də, mən ayağa qalxıb üzr istədim və sözümü deyəcəyimi bildirdim. Cənab general özünü Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri kimi təqdim edən, əslində isə bu posta nə mənəvi, nə də hüquqi haqqı olmayan Məhəmməd Vəliyev adlı şəxsi nümunə göstərməyinə mən qəti etiraz etmişdim. Və bu adam sonra tribunaya qalxıb söz demək istəyəndə zal ona qarşı çox aqressiv, əsəbi təpki göstərdi və ondan tribunadan düşməsini tələb etdi. Çox gözlənilməz bir atmosferin yarandığını görüb, hörmətli Kərim Vəliyev məcbur qalıb adı çəkilən şəxsi tribunadan uzaqlaşdırdı. Sonra isə mən çıxışım zamanı bu adamın niyə MN-nə və əsgər və zabitlərimizlə görüşlərə buraxılmasının zərərli olduğunu açıqladım. Bu gün də hesab edirəm ki, bu adam QƏTİ ŞƏKİLDƏ hərbi-hissə və birləşmələrin ərazisinə BURAXILMAMALIDIR. Artıq onunla bağlı yaxın günlərdə ən ciddi ölçülərin götürülməsini mən şəxsən dövlət və hökumət strukturularından xahiş və tələb edəcəyəm.
Mən çıxışmda da qeyd etdim ki, xüsusən də ÖN XƏTTƏ can atan bəzi şəxslər ciddi-ciddi YOXLANILMALI və onların sonradan əldə etdikləri məlumatları KİMLƏRƏ və HARA verdikllərini də siz eşitsəniz və bilsəniz, sadəcə o yaramazları DİRİ-DİRİ yandırarsınız. Bəzi “ordusevərlər” ÖN XƏTTƏ “həm ziyarət-həm ticarət” üçün baş vururlar. Və Məhəmməd Vəliyev kimi başqa ÖHDƏLİKLƏRİ olan şəxslər QƏTİYYƏN nə ön xəttə, nə də arxa hərbi hissələrə buraxılmamalıdırlar.
Buradan özümə dəyərli saydığım bəzi dostlara və zabit həmkarlarıma müraciət edirəm:siz səfərlərə gedəndə yanınızda apardığınız bəzi şəxslərə diqqət edin. Və onlara elə də çox ürək qızdırmayın.
Bu Məhəmməd Vəliev adlı şəxs, dünənə kimi lopa bığ buraxıb hərbi hissələrə və birləşmələrə baş şəkirdisə, ona DƏLƏDUZLUÜQ üstündə ötən aylarda MƏHKƏMƏNİN QƏRARI ilə xahiş-minnətlərdən sonra nədənsə şərti cəza verildikdən sonra lopa bığını qirxdırıb, indi başqa bir imicdə hərbi hissələrə can atmaqda davam edir. Adamdan soruşarlar, ay filankəs: dünənə kimi müharibə gedəndə sən nərdə itib propal olmuş idin?!
Deməyimdə məqsədim var. Ordu elə bir həssas yerdir ki, ora hər kəsi buraxmaq olmaz. İçərilərində elə NATƏMİZ əqidəli, şəxsi maraqlarını güdən insanlar var ki, vallah onları heç, üzr istəyirəm, sanitar qovşaqlara belə yaxın buraxmaq olmaz. Tanrı Azərbaycanımızı, onun müqəddəs Əsgər və Zabitlərini şər qüvvələrdən, xain insanlardan və yağı düşməndən hifz eləsin”. \\cumhuriyyet.az\\

Вернуться назад