Главная > gundem / sosial > Bakıda 21 dərəcə isti olacaq... - Belə deyirlər...
Bakıda 21 dərəcə isti olacaq... - Belə deyirlər...25-04-2019, 14:27. Разместил: rovshen |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumatına görə: Bakıda və Abşeron yarımadasında Aprelin 26-da Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli olacağı, Bakıda isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 16-21, Bakıda gecə 10-12, gündüz 19-21 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 40-50 faiz olacaq. Azərbaycanın rayonlarında Aprelin 26-da hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoz Aprelin 26-27-də Abşeron yarımadasında mülayim yaz havası və meteoroloji amillərin norma daxilində tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Вернуться назад |