Главная > gundem / medeniyyet > Olqa Rostropoviç: Violonçeli atdığım üçün atam mənimlə üç il küsülü qaldı

Olqa Rostropoviç: Violonçeli atdığım üçün atam mənimlə üç il küsülü qaldı


24-04-2019, 13:32. Разместил: rovshen
Olqa Rostropoviç: Violonçeli atdığım üçün atam mənimlə üç il küsülü qaldı

Hər dəfə Bakıya ən yaxşı ifaçıları gətirmək istəyirəm. Bu dəfə sizin gözəl şəhərinizə pianoçu Yefim Bronfmanı, Lozanna kamera orkestrini gətirdim. Münxen orkestri də ilk dəfə Bakıya gəlir. Hər dəfə yeni ifaçılar gələndə onlar Bakını kəşf edirlər. Mən özüm də Bakını çox sevirəm. Buna görə də istəyirəm ki, başqaları da bu gözəl şəhəri sevsin.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Mstislav Rostropoviç Fondunun rəhbəri Olqa Rostropoviç deyib.

X Beynəlxalq Mstislav Rostropoviç Festivalı çərçivəsində reallaşan konsertləri yüksək qiymətləndirən Olqa Rostropoviç bildirib ki, bunlar nəinki Rusiya ilə, eyni zamanda, bütün dünya ilə mədəni dialoqu gücləndirir. Mən bura rus ifaçılarını o qədər də dəvət etmirəm. Qayda olaraq festivala dünya şöhrətli ifaçılar dəvət alırlar.

Mistislav Rostropoviçin ulu öndər Heydər Əliyevlə dostluq münasibətlərindən danışan Olqa Rostropoviç deyib ki, ailələri Ümummilli Liderə çox səmimi və isti münasibət göstəriblər.

“Onu da qeyd edim ki, qabaqlar violonçellə məşğul olurdum. Bu alətdə çalmağı mənə atam öyrətmişdi. Mən orkestrdə ifa edirdim, atam isə dirijorluq edirdi. Ancaq mən bu aləti nədənsə atmalı oldum. Atam da buna görə mənimlə üç il küsülü qaldı”,- deyə Olqa Rostropoviç vurğulayıb.
Вернуться назад