Главная > gundem / iqtisadiyyat > Azərbaycan, Gürcüstan və Qazaxıstan Avropa-Qafqaz-Asiya tranzit dəhlizinin bir hissəsidir

Azərbaycan, Gürcüstan və Qazaxıstan Avropa-Qafqaz-Asiya tranzit dəhlizinin bir hissəsidir


23-04-2019, 09:58. Разместил: rovshen
Azərbaycan, Gürcüstan və Qazaxıstan Avropa-Qafqaz-Asiya tranzit dəhlizinin bir hissəsidir

Azərbaycan, Gürcüstan və Qazaxıstan Avropa-Qafqaz-Asiya tranzit dəhlizinin bir hissəsidir və onların əlaqələndirilmiş fəaliyyəti dəhlizə əlavə yüklər cəlb edə bilər.

AZƏRTAC xəbər verir ki, bu fikri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Qazaxıstanda energetika naziri Kanat Bozumbayevlə keçirdiyi görüşdə səsləndirib.

Görüşdə dünyada ən iri neft hasilatçısı və tədarükçülərindən biri olan Qazaxıstanın tranzit marşrutlarının şaxələndirilməsi və neft məhsullarının tranzitinin artırılmasında maraqlı olduğu qeyd edilib.

Gürcüstan tərəfi Bakı-Supsa boru kəmərini Qazaxıstan neftinin ixracı üçün alternativ dəhliz təklif edib. Bildirilib ki, bu marşrut xam neftin Qara dəniz vasitəsilə dünya bazarına çatdırılmasına imkan yaradacaq.

Nazirlər Gürcüstan və Qazaxıstan arasında energetika sahəsində prioritet sahələr üzrə əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.
Вернуться назад