Главная > gundem / video > İtkin düşmüş balıqçılar səyahət gəmisi ilə xilas edildi - VİDEO

İtkin düşmüş balıqçılar səyahət gəmisi ilə xilas edildi - VİDEO


17-04-2019, 23:20. Разместил: rovshen
İtkin düşmüş balıqçılar səyahət gəmisi ilə xilas edildi - VİDEO

Meksika körfəzində üç gün ərzində əlacsız vəziyyətə qalmış balıqçılar "Carnival Fantasy" səyahət gəmisinin əməkdaşları tərəfindən xilas edilib.

Bu barədə "The İnsider" yazır.

ABŞ sahil mühafizə xidmətinin rəsmi məlumatına görə, 22 kubalı balıqçı motorlu qayıqla Meksika istiqamətində hərəkət edib. Ancaq onun mühərriki sıradan çıxıb və bir neçə gün ərzində dalğalarının və küləyin təsiri altında dreyf ediblər.

Üç gündən sonra onlar başqa balıqçı qayığına rast gəliblər. Kapitan kubalıların göyərtəyə qalxmasına icazə versə də, çox keçmədən həmin qayığın da mühərriki sıradan çıxıb. Balıqçılar sahil mühafizə xidməti ilə əlaqə yaradıb və onların köməyinə yaxınlıqda olan səyahət gəmisi göndərilib.

"oxu.az"
Вернуться назад