Главная > gundem / ust > Azərbaycan təhsilini uçuruma sürükləyənlər kimlərdi? - QALMAQAL

Azərbaycan təhsilini uçuruma sürükləyənlər kimlərdi? - QALMAQAL


15-04-2019, 13:58. Разместил: rovshen
Azərbaycan təhsilini uçuruma sürükləyənlər kimlərdi? - QALMAQAL

Bu günlərdə əldə etdiyimiz məlumata görə, Lənkəran Dövlət Univerisitetində dosent vəzifəsini daşıyan, YAP-ın üzvü Kamil Abdullayev təhsil naziri cənab Ceyhun Bayramovun şəxsi tapşırığı əsasında daşıdığı vəzifəsindən uzaqlaşdırılıb.

Əldə etdiyimiz məlumatla bağlı dosent Kamil Abdullayevlə əlaqə saxladıqda o, bildirdi ki, ''Verdiyiniz sualınıza cavab olaraq bildirirəm ki, əldə etdiyiniz məlumat doğrudur və mən bu gün daşığıdığım vəzifəmdən uzaqlaşdırılmağım hələ də mənə qaranlıq qalmaqdadır. Üz-üzə qaldığım olayla bağlı sosial şəbəkədə azad fikirimi ifadə etdiyimə görə, məni bəzi dövlət qurumları dəvət etdərək ciddi şəkildə sorğu-suala da tutdular.

Azərbaycan təhsilini uçuruma sürükləyənlər kimlərdi? - QALMAQAL
Hesab edirəm ki, sorğu suala tutulmağım qərəzlidir və heç bir əsası yoxdur. Görün iş o həddə çatıb ki, məni yalnız ,,JEK,, rəisləri sorğu-suala tutmayıblar. Əgər bu gün peşəkar kadrlar heç bir əsas olmadan Azərbaycan təhsilindən uzaqlaşdırılırsa, o halda biz hara gedirik? Məgər Təhsil naziri ilə görüşüb müəyyən məsələlərlə bağlı məsləhət almaq, hansısa addımı atmaq, hər kəsin, o cümlədən mənim də daşıdığım vəzifəmi itirməyimə səbəb olmalıdır? Hətta ''yağışdan çıxıb, yağmura düşdüm''. Belə ki, mən vaxtı ilə Sumqayıt Dövlət Univerisitetində dekan vəzifəsində çalışar kən rektor Nadir Qəhrəmanov tərəfindən haqsız olaraq işimdən azad edildim. Bu gün deyə bilərəm ki, Hazırki təhsil naziri və sabiq rektor eyni senari üzrə siyasət yürüdürlər. Buna sözün bitdiyi yer desək, heç də yanılmarıq''.
Gundemxeber.Az
Вернуться назад