Главная > gundem / medeniyyet > Kəramətlə dostunu kafedə döyüblər

Kəramətlə dostunu kafedə döyüblər


13-04-2019, 12:10. Разместил: rovshen

Kəramətlə dostunu kafedə döyüblər
Gənc yazıçı, jurnalist Kəramət Böyükçöl ( Nəcəfov) döyülüb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə dostu 1986-cı il təvəllüdlü Şamil Paşayev Yasamal rayon 28-ci polis bölməsinə ərizə ilə müraciət edib.

Belə ki, aprelin 11-i gənc yazıçı dostu Ş. Paşayevlə birgə Yasamal rayonunda yerləşən "Port Röyal " kafesində tanımadıqları 10 nəfərə yaxın şəxslə mübahisə edib. Bu zaman Kəramətlə dostunu xuliqanlıq zəminində döyərək xəsarət yetiriblər.

Faktla bağlı polis bölməsində araşdırma aparılır.
Вернуться назад