Главная > gundem / medeniyyet > Tarantinonun “Once Upon a Time in Hollywood” filmi iyulda nümayiş olunacaq

Tarantinonun “Once Upon a Time in Hollywood” filmi iyulda nümayiş olunacaq


12-04-2019, 15:19. Разместил: rovshen
Tarantinonun “Once Upon a Time in Hollywood” filmi iyulda nümayiş olunacaq

Quentin Tarantinonun “Once Upon a Time in Hollywood” filminin nümayiş vaxtı dəyişdirilib. Ancaq Tarantino həvəskarları heç də keflərin pozmasınlar.

AZƏRTAC lavanguardia.com xəbər saytına istinadla xəbər verir ki, distributorluq edən “Sony” filmin nümayiş vaxtını qabağa çəkərək bu ilin iyulun 26-na keçirib.

Filmdə hollivudun məşhur aktyorları Leonardo di Kaprio və Bred Pit çəkilib.

Tarantino kinolentin ssenari müəllifi və prodüseridir. O bu filmi 1969-cu ildə Los-Anceles şəhərində baş verən əhvalatlar kimi təqdim edir. Aktyorların canlandırdığı qəhrəmanlar Hollivudda şöhrət qazanmaq üçün bütün səylərini birləşdirirlər.

Tarantinonun ətrafına Emile Hirsch, Clifton Collins Jr., Keith Jefferson, Nicholas Hammond, Margot Robbie, Burt Reynolds, Timothy Olyphant, Kurt Russell, Michael Madsen, Tim Roth, Dakota Fanning, Luke Perry və Damian Levis kimi məşhurlar toplaşıb.
Вернуться назад