Главная > gundem / medeniyyet > BMA-nın tələbələri beynəlxalq müsabiqənin qalibi olub

BMA-nın tələbələri beynəlxalq müsabiqənin qalibi olub


1-04-2019, 15:03. Разместил: rovshen
BMA-nın tələbələri beynəlxalq müsabiqənin qalibi olub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəfəs və zərb alətləri kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Rüfət Axundzadənin tələbələri “Testene Art Baku” beynəlxalq müsabiqəsində iştirak ediblər.

BMA-dan AZƏRTAC-a bildirilib ki, tələbələrdən Turanə İsayeva birinci, İsa Məmmədzadə isə ikinci yerə layiq görülüblər. Qaliblər təşəkkürnamə ilə təltif ediliblər.
Вернуться назад